“NATO təhlükəsizliyinə ciddi təhdidlər şərq cinahından gəlir” - İspaniya XİN

 16:15 26.06.2022     596

“Hazırda NATO-nun və Pireney yarımadası dövlətlərinin təhlükəsizliyinə ən ciddi təhdidlər alyansın şərq cinahından gəlir”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

XİN rəhbəri xatırladıb ki, NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammiti Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda keçiriləcək:

“İspaniya etiraf edir ki, hazırda NATO-nun, buna görə də ispanların təhlükəsizliyinə ən böyük təhdidlər şərq cinahdan gəlir. Amma cənub cinahdan da təhdidlər var ki, qalan müttəfiqlər bunu bilirlər”.

Vumart və Güvən reklamı Vumart Güvən