Türkiyə özünün sualtı qayığını sınaqdan keçirir

 08:59 27.06.2022     505

Türkiyə mühəndisləri tərəfindən layihələndirilən STM500 sualtı qayığının inşası onun gövdəsinin sınaqdan keçirilməsi ilə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir tviter hesabında yazıb.

O, bildirib ki, yeni sualtı qayıq ən qabaqcıl sistemlər və silahlarla təchiz ediləcək.

İdarə rəisi STM500 layihəsini tarixi adlandıraraq qeyd edib ki, yeni sualtı qayıq həm dayaz sularda, həm də açıq dənizlərdə tapşırıqları yerinə yetirəcək şəkildə hazırlanıb.

“Yeni sualtı qayıq kəşfiyyat və müşahidə, xüsusi təyinatlıları dəstəkləmək və sualtı taktiki tapşırıqları yerinə yetirmək üçün istifadə olunacaq”, - Dəmir qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən