Conson və Makron Ukrayna ilə bağlı RAZILAŞDILAR

 09:11 27.06.2022     489

Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron bazar günü Ukraynaya hərbi yardım çatdırmaq üçün səyləri artırmaq barədə razılığa gəliblər.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, liderlər Ukraynanı gücləndirmək üçün ona dəstək verilməsinin vacibliyini vurğulayıblar.

Makron Baş nazirin Ukraynaya davamlı hərbi dəstəyini alqışlayıb, liderlər bu işi intensivləşdirməyə razı olublar.

Vumart və Güvən reklamı Vumart Güvən