Ukraynada rusların daha bir helikopteri MƏHV EDİLDİ

 09:36 27.06.2022     826

Ukrayna Silahlı Qüvvələrinin Nikolaev hava hücum briqadasının müdafiə bölməsi Rusiyanın Ka-52 “Alliqator” kəşfiyyat və hücum helikopterini vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

Qeyd edək ki, bununla da fevralın 24-dən bu günədək Ukraynada vurulan Rusiya hərbi helikopterlərinin sayı 184-ə çatıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən