Rusiyada son bir əsrdə ilk defolt elan OLUNDU

 09:39 27.06.2022     959

Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. 

Məlumata görə, iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb.

Nəşr vurğulayır ki, bu, 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur.

Vumart və Güvən reklamı Vumart Güvən