Rusiyanın daha 150 hərbçisi, 20 tankı, 28 zirehli maşını MƏHV EDİLDİ

 10:42 27.06.2022     952

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 35 000 (+150) canlı qüvvəsi, 1 552 (+20) tankı, 3 687 +28) zirehli döyüş maşını, 771 (+7) artilleriya sistemi, 243 reaktiv yaylım atəşi sistemi, 101 havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 184 helikopteri, 636 dronu, 139 qanadlı raketi, 14 gəmi/kateri, 2575 avtomobil texnikası və yanacaq çəni və 60 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts və Kuraxiv istiqamətlərində verib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən