Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq - Prezidentin sözçüsü
“Türkiyə Rusiya ilə bağlı balanslaşdırılmış siyasət aparır”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Habertürk” televiziyasına müsahibəsində deyib.
O, bildirib ki, Türkiyə Ukrayna böhranı ilə bağlı Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.
"Biz sanksiyalar tətbiq etmirik və onlara qoşulmayacağıq. Biz öz maraqlarımıza riayət etməliyik. Əgər hamı körpüləri dağıtsa, o zaman Rusiya ilə kim danışacaq? Bizim Rusiya ilə iqtisadi əlaqələr elə bir xarakter daşıyır ki, sanksiyalar Rusiya iqtisadiyyatından çox Türkiyə iqtisadiyyatına zərər verəcək. Bizim sanksiyalarla bağlı aydın mövqeyimiz var. Qərb bunu qəbul etməyib”, - deyə o, əlavə edib.
Nərmin Vüqarqızı












