Rusiyalı məmurlara viza məhdudiyyəti tətbiq ediləcək - Ağ Ev
ABŞ Ukraynadakı münaqişə ilə əlaqədar 500-ə yaxın rusiyalı məmura viza məhdudiyyəti tətbiq edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“ABŞ Xəzinədarlıq və Dövlət Departamentləri Ukraynada fəaliyyət göstərən özəl hərbi şirkətlərə, Ukraynada insan hüquqlarının pozulmasında və ya beynəlxalq humanitar hüququn pozulmasında etibarlı şəkildə əlaqəsi olan Rusiya hərbi birləşmələrinə və mühasirəyə alınan ərazilərdə Rusiya tərəfindən yerləşdirilən yüksək vəzifəli məmurlara qarşı bloklayıcı sanksiyalar tətbiq edəcək”,- deyə məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, mübahisəli şəhərlərin nazirləri və merləri də Rusiya qüvvələri tərəfindən saxlanılır: “Dövlət Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhdid etmək, pozmaq və ya Rusiyada müxalif fikirləri yatırmaq üçün təqribən 500 məmura viza məhdudiyyəti tətbiq edəcək”, - deyə Ağ Evin bəyanatında deyilir.
Qeyd edək ki, məhdudiyyətlər Almaniyada G7 qrupunun sammiti ilə eyni vaxta salınıb.
Nərmin Vüqarqızı












