NATO yüksək hazırlıqlı döyüş qüvvələrinin sayını artıracaq

 16:00 27.06.2022     441

NATO yüksək hazırlıqlı döyüş qüvvələrinin sayını artıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O, bildirib ki, NATO alyansın şərq qanadında döyüş qüvvələrini daha da gücləndirəcək.

"Biz NATO-nun Cavab Qüvvələrini transformasiya edəcəyik və yüksək hazırlıqlı döyüş qüvvələrinin sayını 300 000-ə çatdıracağıq", - o deyib.

Vumart və Güvən reklamı Vumart Güvən