Ruslar Ukraynada ticarət mərkəzini raketlə vurdu - Ölən və yaralananlar var- VİDEO

 20:10 27.06.2022     401

Ukraynanın Poltva vilayətinin Kremençuk şəhəri raket atəşinə tutulub.

Redaktor.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, raketlərin biri Kremençuk şəhərində ticarət mərkəzinə düşüb. Həmin vaxt ticarət mərkəzində çoxsaylı insan olub.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko isə Telegram səhifəsində məlumat verib ki, ilkin rəqəmlərə görə raket partlayışı nəticəsində 20 nəfər yaralanıb, iki nəfər isə həlak olub. Xilasetmə işləri davam edir.

Qeyd edək ki, yanan ticarət mərkəzində mindən çox adamın olduğu bildirilir.

 

2
Vumart və Güvən reklamı Vumart Güvən