ABŞ-da bu hərbçilər işdən çıxarılacaq
1 iyul 2022-ci ilə qədər məcburi COVID-19 peyvəndi almalı olan ABŞ Milli Qvardiya qoşunları arasında şəxsi heyətin yalnız 13%-i və ya təxminən 40.000 nəfər peyvənd olunub.
Redaktor.az xəbər verir ki, altı ştatda Milli Qvardiyanın 20%-dən 30%-ə qədəri peyvənd olunmayıb, digər 43 ştatda isə 10%-dən çoxu hələ də peyvənd edilməlidir. Milli Qvardiyanın daha 7 min əsgəri dini zəmində peyvənddən azad olmağa çalışır.
“Milli Qvardiyanın liderləri deyirlər ki, ştatlar əsgərləri vaxtında peyvənd almağa təşviq etmək üçün əlindən gələni edir”. Qeyd olunub ki, iyunun 30-dan sonra peyvənd olunmayanları maaşının verilməsi dayandırılacaq.












