Ərdoğan Baydenlə görüşəcək

 19:37 27.06.2022     268

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Cozef Baydenlə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O, görüşün NATO-nun Madrid sammiti çərçivəsində baş tutacağını bəyan edib.

Sallivan qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.

NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən