Gürcüstanda selin apardığı xarici turist axtarılır - VİDEO

 20:55 27.06.2022     436

Gürcüstanda Pşavidə, Barisaxo-Şatili yolunda hələ də sel axınının apardığı xarici turist axtarılır.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə Barisaxo-Şatili yolunun Pşavi hissəsində motosiklet sürən turistin Maqaroskari və Xomi kəndləri arasında yolun hərəkət hissəsində selə düşdüyü əks olunan görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, itkin düşən turistlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən