Ukraynaya 3 ədəd “Bayraktar” hədiyyə edildi

 22:43 27.06.2022     391

Türkiyənin pilotsuz uçuş aparatları və aviaelektronika istehsal edən “Baykar” şirkəti Ukraynaya 3 ədəd “Bayraktar TB-2” verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Səlcuk Bayraktar sosial şəbəkədə xəbər paylaşıb.

"Ukrayna xalqının vətənini müdafiə etmək məqsədi ilə Bayraktar TB2 SİHA almaq məqsədilə “Xalq Bayraktarı” adı ilə təşkil edilən ianə kampaniyasının çox qısa müddətdə uğurla başa çatdığını öyrəndik. İctimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, sadə insanlar, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik ianə edərək ölkələrinə dəstək oldular. Vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu bizi də heyran etdi. Baykar olaraq  3 ədəd Bayraktar TB2 SİHA-nı heç bir ödəniş istəmədən Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqının xeyrinə istifadə olunmasını xahiş edirik. Baykar olaraq ədalətli nəticəni arzuladığımızı hörmətlə bildirir və davamlı sülh üçün dua edirik",- deyə payıaşımda bildirilir..

2
Vumart və Güvən reklamı Vumart Güvən