"Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib" - Zelenski

 08:43 28.06.2022     229

“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.

“Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir.

Mən bu gün də (dünən-red) G7 liderlərinə müraciət edərək dedim ki, bizim birgə potensialımız Rusiya ordusunu məğlub etmək üçün kifayətdir”, - prezident vurğulayıb.

Zelenski bildirib ki, Rusiya döyüşə bilmir:

“Onlar müqavimət göstərməyi bacarmırlar, yalnız bu gün Kremençukda olduğu kimi alçaq zərbələrlə kifayətlənirlər. 

Hamımız birlikdə təzyiq göstərə və işğalçıları Ukrayna torpaqlarından sıxışdıra bilsək, müharibə uzanmaya bilər. Bu nə qədər tez baş versə, bir o qədər çox insanın həyatı xilas olar".

CAVİD

Vumart və Güvən reklamı Vumart Güvən