Rusiyanın raket hücumu zamanı ticarət mərkəzində ölənlərin sayı artıb

 09:20 28.06.2022     600

Rusiya ordusunun Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət xəbər yayıb.

Qeyd edək ki, hazırda hücum zamanı 59 nəfərin xəsarət alması məlumdur. Onlardan 25-i xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada dünyasını dəyişib.

Xilasedicilər dağıntılar altından 11 nəfərin meyitini çıxarıblar. 

CAVİD

Vumart və Güvən reklamı Vumart Güvən