Ukrayna ordusu ruslara ağır itkilər yaşatdı - 250 hərbçi, 15 tank, 1 helikopter...
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 35 250 (+250) canlı qüvvəsi, 1 567 (+15) tankı, 3 704 (+17) zirehli döyüş maşını, 778 (+7) artilleriya sistemi, 243 reaktiv yaylım atəşi sistemi, 102 (+1) havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 185 helikopteri (+1), 636 dronu, 139 qanadlı raketi, 14 gəmi/kateri, 2589 (+14) avtomobil texnikası və yanacaq çəni və 61 (+1)xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.
T.İSMAYIL













