Baydenin xanımı və qızı Rusiyaya BURAXILMAYACAQ
Rusiya Xarici İşlər Nazirliyi daha 25 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Redaktor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, siyahıya ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden, qızı Eşli Bayden, Senat üzvləri, Stenford, Yell və Harvard universitetlərinin əməkdaşları daxildir.
Xatırladaq ki, daha əvvəl 936 ABŞ vətəndaşının Rusiyaya girişinə qadağa qoyulmuşdu.
T. İSMAYIL












