Zelenski NATO-nun baş katibi ilə hava hücumundan müdafiəni müzakirə etdi

 13:36 28.06.2022     454

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə söhbətində Rusiyanın terror hücumlarının qarşısını almaq üçün Ukraynanın güclü raketdən müdafiə sisteminin vacibliyini qeyd edib.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında məlumat verib.

“Mənim NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığım olub" - deyən prezidentin sözlərinə görə, həmsöhbətlər öz mövqelərini Madrid sammiti ərəfəsində razılaşdırıblar.

"O, Rusiyanın terror hücumlarının qarşısını almaq üçün Ukrayna üçün güclü raketdən müdafiə sisteminin vacibliyini vurğuladı", - Zelenski əlavə edib.

Qeyd edək ki, iyunun 28-də Stoltenberq Zelenski ilə söhbəti zamanı 29-30 iyunda Madriddə keçiriləcək Alyansın sammitində Ukraynaya dəstəyin artacağına əmin olduğunu bildirib.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən