Baydenin görüş təklifinə Ərdoğandan cavab: "Olar"

 13:49 28.06.2022     373

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə NATO Sammitində amerikalı həmkarı Co Baydenlə görüşə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə lideri sammit öncəsi hava limanında açıqlama verərkən deyib.

“Bu səhər Baydenlə telefon danışığımız oldu. O, yenidən görüşmək istədiyini bildirdi. Biz də “olar” dedik. Lazım gələrsə, NATO Zirvəsində bir araya gələcəyik”, - deyə Ərdoğan qeyd edib.

Dövlət başçısı bildirib ki, “F-16 məsələsi hələ masadadır, orada da yayındırma taktikası gedir”.

Vumart və Güvən reklamı Vumart Güvən