Rusiyadan “Tarixin sonu və sonuncu insan”ın müəllifinə SANKSİYA
Rusiya ABŞ-ın tanınmış elm adamı, filosof Frensis Fukuyamaya sanksiya tətbiq edib.
Redaktor.az xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bununla onun Rusiyaya girişi qadağan olunub.
Məlumata görə, F.Fukuyama Rusiyanın Ukraynaya qarşı müharibıəsinə qarşı çıxış edib. O, hərbi əməliyyatlardan əvvəl ABŞ Prezidenti Cozef Baydenə Ukrayna ətrafında gərginlik yaradan Rusiyaya qarşı sanksiya tətbiq olunmasını təklif etmişdi.
Qeyd edək ki, Frensis Fukuyamanın 1992-ci ildə çap etdirdiyi, çox keçmədən dünyanın 20-dən artıq dilinə tərcümə edilərək beynəlxalq bestsellerə çevrilmiş “Tarixin sonu və sonuncu insan” əsəri ona dünya şöhrəti qazandırıb.
CAVİD












