Rusiya vətəndaşları Azərbaycana qanunsuz taxta-şalban ixracında ittiham olunur
Rusiyanın İrkutsk vilayətinin 38 və 58 yaşlı iki kişi sakini qaçaqmalçılıq və dələduzluq hallarına görə ittiham olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında xəbər məlumat yayılıb.
Məlumata görə, onlar 2012-2014-cü illərdə qanunsuz olaraq Çin, Cənubi Koreya, Özbəkistan, Azərbaycan və Yaponiyaya dəyəri 400 milyon rubldan çox olan taxta-şalban göndərib, eləcə də 2011-2014-cü illərdə vergi orqanlarına saxta sənədlər təqdim edərək 61 milyon rubldan çox əlavə dəyər vergisinin (ƏDV) ödənilməsindən yayınıblar. Təqsirləndirilən şəxslər növbəti dəfə 115 milyon rubl ƏDV-ni ödəməkdən yayınmaq istədikdə Federal Vergi Xidməti bunun qarşısını alıb. Vətəndaşların 44 milyon rubldan çox vəsaitinə həbs qoyulub (report.az).












