Ərdoğanın İsveç və Finlandiya liderləri ilə görüşü BAŞLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdalena Andersson və NATO-nun Baş katibi Yens Stoltenberq arasında dördtərəfli görüş başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Liderlərin görüşü İspaniyanın paytaxtı Madriddə keçirilir. Danışıqların əsas mövzusu Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsidir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitində iştirak etmək üçün Madridə gedib.












