Bu ölkə 70 rusiyalı diplomat və texniki işçini QOVDU

 21:37 28.06.2022     542

"Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini ölkədən çıxarmaq qərarına gəlib".

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən TASS-a bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın 70 diplomatını ölkədən çıxarmasına adekvat cavab veriləcəyi barədə bəyanat yayıb.

Qeyd edək ki, Bolqarıstanın baş naziri Kiril Petkov parlamentdə çıxışı zamanı deyib ki, Rusiya səfirliyinin nümayəndələrinin xüsusi xidmət orqanlarının əməkdaşları olduğu müəyyən edilib.

Petkov iyulun 3-dək Rusiya səfirliyinin əməkdaşlarını Moskvaya aparması üçün  təyyarənin hazırlandığını da əlavə edib.

Xatırladaq ki, aprel ayında Petkov Kiyevə işgüzar səfəri zamanı Rusiyanın Sofiyadakı diplomatik missiyasının sayını azaltmaq istədiyini bəyan edib. Bu bəyanatdan sonra Bolqarıstan Xarici İşlər Nazirliyində bu məsələni öyrənmək üçün idarələrarası komissiya yaradılıb.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən