"Rusiya ilə münasibətləri bərpa etmək üçün onilliklər lazım olacaq" - Finlandiya prezidenti
"Avropa ölkələri, o cümlədən Finlandiya Rusiya Federasiyası ilə yaxşı münasibətlərə qayıda bilər, lakin onları bərpa etmək onilliklər çəkəcək".
Redaktor.az xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö BBC-yə müsahibəsində deyib.
Rusiya ilə əməkdaşlığa qayıdışın mümkün olub-olmaması ilə bağlı suala o, müsbət cavab verib və bunun dərhal baş verməyəcəyini əlavə edib.
"Bu bir az vaxt aparacaq. Məncə, onilliklər olacaq", - Niinistö deyib.
İLTİFAT












