Conson Finlandiya, İsveç və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı razılaşmanı alqışladı

 00:13 29.06.2022     378

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini alqışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə o,tviterdə yazıb.

"NATO sammitinə başlayarkən fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək", - Conson bildirib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib.

Vumart və Güvən reklamı Vumart Güvən