Bayden bu ölkələri təbrik etdi

 09:00 29.06.2022     342

ABŞ Prezidenti Co Bayden İsveç, Finlandiya və Türkiyəni NATO üzvlüyü ilə bağlı razılığa gəlmələri münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Co Bayden özünün tviter hesabında yazıb.

“Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik. Bu, NATO-nun Finlandiya və İsveçi Alyansa qoşulmağa dəvət etməsi istiqamətində mühüm addımdır. Nəticədə bu, bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”, - deyə ABŞ lideri bildirib. 

T. İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən