Ruslar Nikolaevdə yaşayış binasını vurdu - VİDEO
Bu səhər Nikolaevdə güclü partlayışlar baş verib, ruslar çoxmərtəbəli yaşayış binasını vurub.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Senkeviç Telegram kanalında məlumat verib.
"Nikolaevdə səhər saatlarında güclü partlayışlar baş verib. Xilasedicilər və həkimlər artıq həmin ərazilərə yola düşüblər", - deyə mer vurğulayıb.
Bildirilib ki, axtarış-xilasetmə işləri davam etdirilir.
“Atəş açılan yerlərin ünvanını və fotoşəkillərini dərc etməyin, hazırda orada insanları xilas edənləri təhlükəyə atmayın”, - deyə o əlavə edib.
Qeyd edək ki, iyunun 28-də axşam saatlarında Dnepr və Nikolaevdə eyni vaxtda partlayış səsləri eşidilib .
Öz növbəsində, Nikolaev vilayəti dövlət administrasiyası, Nikolaev və şəhərətrafı ərazilərin Rusiya qoşunlarının işğal olunmuş Xerson vilayətində yerləşdirdiyi “Bastion” sahil raket kompleksindən kütləvi raket atəşinə məruz qaldığını bildirib.
Nərmin Vüqarqızı












