Ruslar Ukraynanın bu istiqamətində ağır itki verdi - Bir gündə 200 hərbçi, 5 tank...
Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 35 450 (+200) canlı qüvvəsi, 1 572 (+5) tankı, 3 720 (+16) zirehli döyüş maşını, 781 (+3) artilleriya sistemi, 246 (+3) reaktiv yaylım atəşi sistemi, 103 (+1) (+1) havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 185 helikopteri, 640 dronu (+4), 142 (+3) qanadlı raketi, 14 gəmi/kateri, 2598 (+9) avtomobil texnikası və yanacaq çəni və 61 (+1)xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.
T.İSMAYIL













