Rusiyanın daha bir yüksəkrütbəli zabiti MƏHV EDİLDİ

 11:30 29.06.2022     381

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun zabiti, polkovnik-leytenant Aleksandr Kuvşınovu zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Rusiya bürosunun layihəsi olan “Şimal. Reallıqlar” tviterdə məlumat yayıb.

Bildirilib ki, o, Baltik Donanmasının piyada dəniz qoşununun 336-cı ayrı qvardiya briqadasında xidmət edib. Hərbçi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edilib. A.Kuvşınovun öldüyü ötən gün elan edilib.

Zabitin ölüm tarixi və yeri məlum deyil (report).

Vumart və Güvən reklamı Vumart Güvən