“PUA-ların yaratdığı mənzərə dəhşət idi” – Erməni zabitdən etiraf

 15:24 30.06.2022     284

“Döyüş meydanına təlim keçməmiş əsgərləri çıxarırdıq. Təkcə bir batalyonda olan 400 hərbçidən 150-yə yaxını real ölümdən canını qurtara bildi”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan ordusunun keçmiş batalyon komandiri, müharibə şəraitində hərbi hissəni özbaşına tərk edən İşxan Vahanyanının məhkəməsində şahid qismində dindirilən hərbçi Vazgen Vardanyan deyib.

O, batalyonda manqa komandiri olduğunu, komandirin yaralandığını təxmin etdiyini, bundan sonra şəxsi heyəti yüksəklikdən geri çəkdiyini söyləyib.

Erməni zabit geri çəkilmək əmrini verərkən komanda məntəqəsini məlumatlandırmadığını vurğulayıb:

“Buna vaxt olmadı. Düşmən sürətlə hücum edirdi və üstəlik, qərargahla rabitə əlaqələrimiz işləmirdi. Buna görə də qərarı təkbaşına qəbul etməli oldum”.

O, məhkəmə sədrinin hansı səbəbdən təlim keçməmiş əsgərlərin döyüşə aparılması ilə bağlı sualına belə cavab verib: “Vaxt çatmırdı. Bu, müharibələrdə az-az görünən döyüşlərdən idi. Azərbaycan Ordusunun güclü və dəqiq artilleriya zərbələrindən sonra PUA-ların dəstəyi ilə hücumun yaratdığı mənzərə, sadəcə, dəhşət idi” (modern.az).