Rusiya "qara günü" üçün saxladığı hərbi texnikanı Ukraynaya göndərir
Rusiya ölkənin ən ucqar rayonlarındakı ehtiyat hərbi texnikanı anbardan çıxararıb Ukraynaya göndərir.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki,bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinq zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Ukraynadakı itkilərin yerini doldurmaq üçün Rusiya lazımi hərbi texnikanı ölkənin ən ucqar bölgələrindəki anbardan yığışdırır.
“Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, bu ilin aprel ayının əvvəlindən Rusiyanın bütün ərazisində, o cümlədən Kalininqrad vilayətində və Saxalin adasında ağır hərbi texnikaların anbardan çıxarılması, bərpası, əməliyyat rayonlarına göndərilməyə hazırlanması, eləcə də sonrakı istifadəsi üzrə tədbirlər həyata keçirilib”, - deyə o bildirib.
Xatırladaq ki, işğalçı Rusiya Ukrayna ilə müharibədə 35 600 canlı qüvvə, həmçinin 1573 tank, 790 artilleriya sistemi, 217 təyyarə və 185 helikopter itirib.
İLTİFAT












