Slovakiya Rusiya ilə əməkdaşlığı dayandırdı
Rusiya Federasiyası və Slovakiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq "sıfır" səviyyəsindədir.
Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.
O xatırladıb ki, respublika Rusiyanın Bratislavadakı hərbi attaşelərini persona non qrata elan edib.
Nazirin sözlərinə görə, Slovakiya mümkün qədər tez ordunun arsenalında olan sovet hərbi texnikasından xilas olmaq istəyir. Hazırda isə "MiQ-29" qırıcılarından imtina məsələsi həlli istiqamətində işlər gedir.
Nad bildirib ki, Rusiyanın Ukraynanı işğalınacavab olaraq Slovakiyada yerləşdirilən NATO döyüş qrupunun şəxsi heyəti yay aylarında maksimum 1700 əsgərə qədər artırılacaq.
İLTİFAT












