Rusiyanın son sutkada verdiyi itkilər - 150 hərbçi, 1 helikopter...

 10:47 01.07.2022     552

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 35 750 (+150) canlı qüvvəsi, 1 577 (+4) tankı,  3 736 (+10) zirehli döyüş maşını, 796 (+6) artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 (+1) havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 186 helikopteri (+1), 645 dronu (+4), 143 (+1) qanadlı raketi, 15 gəmi/kateri (+1), 2610 (+8) avtomobil texnikası və yanacaq çəni və 61 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən