Rusiyada koronavirusla bağlı məhdudiyyətlər LƏĞV EDİLDİ

 11:05 01.07.2022     325

Rusiyada koronavirusla (COVİD-19) bağlı tətbiq edilən məhdudiyyətlər ləğv edilib.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) yayıb.

Belə ki, ölkədə maska rejimi, ictimai iaşə obyektlərinin gecə işləməsinə qoyulan qadağa və digər məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd olunub ki, ölkədə COVİD-19-la bağlı vəziyyət pisləşərsə, məhdudlaşdırıcı tədbirlər yenidən bərpa olunacaq.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən