"Tələblərimiz ortadadır, icra olunmadığı təqdirdə lazım olanı edəcəyik” - Ərdoğan

 13:40 01.07.2022     283

“İsveç 73 terrorçunu bizə göndərəcək. Hazırda 3-4-nü göndəriblər, amma yetərli deyil”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Məsələ ölkəmizin Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının nəzarəti altındadır. Tələblərimiz ortadadır. Bunlar yerinə yetirilməlidir. İcra olunmadığı təqdirdə lazım olanı edəcəyik”, - deyə Türkiyə lideri bəyan edib.