Rusiya ilə Belarus birləşə bilər - Putin AÇIQLADI

 14:01 01.07.2022     342

Kollektiv Qərbin görünməmiş siyasi təzyiqləri və sanksiyaları Rusiya Federasiyası və Belarusu birləşmə proseslərini sürətləndirməyə sövq edir.

Redaktor.az yerki mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya və Belarus Regionlarının IX Forumunun iştirakçılarına müraciətində bildirib.

"Kollektiv Qərb görünməmiş siyasi və sanksiya təzyiqi bizi birləşmə proseslərini sürətləndirməyə sövq edir. Axı, birlikdə qeyri-qanuni sanksiyalardan dəyən zərəri minimuma endirmək, tələb olunan məhsulların istehsalını mənimsəmək, yeni səlahiyyətləri inkişaf etdirmək və dost ölkələrlə əməkdaşlığı genişləndirmək daha asandır”, - deyə Putin bildirib.