Ermənistan parlamentində qalmaqal  - Deputat istefa verdi

 16:17 01.07.2022     292

Ermənistan parlamentinin müxalifət fraksiyasının deputatı Armen Gevorkyan Regional və Avrasiya inteqrasiyası üzrə komissiyasının sədri vəzifəsindən istefa verib.

Redaktor.az “Armenpress”ə istinadən xəbər verir ki, deputat bu müraciətlə bağlı məlumat yayıb.

O, bildirib ki, ölkədəki siyasi proseslər o yerə gətirib çıxarıb ki, aydın siyasi və insani etika qaydaları diktə olunur və ona bu vəzifəni tutmağa imkan vermir.

Ermənistan Milli Məclisi iyulun 1-də “Hayastan” fraksiyasının üzvləri İşxan Saqatelyanı parlament sədrinin müavini, Vahe Akopyanı isə İqtisadi məsələlər üzrə daimi komissiyanın sədri vəzifəsindən kənarlaşdırıb.