"Moskva ümid edir ki, Qərb ağlını başına yığacaq" - Lavrov hədələdi

 18:33 01.07.2022     364

"Rusiya pezidenti Vladimir Putinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasının keçrilməsi üçün etdiyi təklif hələ də masa üzərində qalıb. Moskva ümid edir ki, bu təşəbbüs tezliklə reallaşdırılacaq və Qərb ağlını başına yığacaq". 

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-nin rəhbəri Sergey Lavrov Belerus Dövlət Universitetində çıxışı zamanı deyib.

O qeyd edib ki, Putin bu təklifi pandemiyadan əvvəl dünyanın daha ədalətli və bərabər olması üçün qlobal məsələlərin həllinə dair müzakirələr aparmağı təklif edib.

Bundan əlavə, BMT TŞ-na üzvlüyün genişləndirilməsi məsələlərinə də toxunan Lavrov, bu məsələnin vacibliyini vurğulayıb.

Sübhan Şərif