Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü başladı

 18:39 01.07.2022     335

Avstriyanın paytaxtı Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü başlayıb.

Redaktor.az Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, hakim “Mülki müqavilə” partiyasından olan deputat Ruben Rubinyan Ermənistanın, Serdar Kılıç isə Türkiyənin xüsusi nümayəndəsidir. Rubinyan və Kılıç ilk dəfə yanvarda Moskvada, daha sonra fevral və may aylarında Vyanada görüşüblər.

Tərəflər bəyan ediblər ki, danışıqların yekun məqsədi Ermənistan və Türkiyə arasında münasibətlərin tam nizamlanmasıdır.

İLTİFAT