Bu ölkədə vəba sürətlə YAYILIR

 19:17 01.07.2022     366

İranda 23 nəfər vəbaya yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, onların vəbaya yoluxması təsdiqlənib. Məlumatda deyilib ki, paytaxt Tehranda vəbaya yoluxma halı qeydə alınmayıb.

Nazirlik çirkli su, meyvə və göyərçinin vəbanın geniş yayılmasına səbəb olduğunu və əhalini diqqətli olmağa çağırıb.