İranda zəlzələ oldu

 19:38 01.07.2022     347

İranın Kirman əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.

Redaktor.az İran mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar Kirman əyalətinin Nodej bölgəsində yerin 10 kilometr dərinliyində baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

İranın Kirman və Hörmuzqan əyalətlərində bir neçə ardıcıl zəif təkanlar qeydə alınıb.