Sistem hazırladı, cekpot uddu

 20:56 01.07.2022     388

ABŞ-ın Merilend ştatının sakini beş ildə üçüncü dəfə lotereyada qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.

30 yaşlı qadən lotereya oynamaq üçün sistem hazırladığını iddia edir.

"Həyat yoldaşım və mən lotereya saytını təhlil etdik və hansı lotereya biletlərinin uzun müddətdir satışda olduğunu və yenə də böyük uduşlar vəd edənləri hesabladıq", - o dedi.

Onun fikrincə, bu ona düzgün bilet seçməyə və 100 min dollar qazanmağa imkan verib. Növbəti beş il ərzində o, hər biri ən azı 100.000 dollar qazandıran daha iki böyük cekpot qazanıb.