Ermənistan təqaüdçü almanları işləmək üçün dəvət edir

 21:11 01.07.2022     424

"Ermənistan istefada olan alman mütəxəssislərini müşavir qismində ölkəyə dəvət etməkdə maraqlıdır" 

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf üzrə federal naziri Svenya Şulze ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Bugünkü görüşdə mən əməkdaşlığın sənaye sektorunda genişləndirilməsinin zəruriliyini qeyd etdim. Almaniya əsas sənaye ölkələrindən biridir və Ermənistan beşillik inkişaf proqramı çərçivəsində sənayeni əsas götürür", - Kerobyan deyib. 

Tərəflər əməkdaşlığın mümkün olduğu sənaye sahələrini müzakirə ediblər.

Bundan əlavə, o, Almaniyanın yüksək ixtisaslı təqaüdçü mütəxəssislərinin xaricə göndərilməsi proqramına malik olduğuna diqqət çəkib.

"Bu, bizim üçün çox maraqlı proqramdır. Proqramlarımızdan biri iqtisadiyyatın və istehsalın səmərəliliyinin artırılması olduğundan, Ermənistan şirkətlərinə ixtisaslı mütəxəssislərin cəlb edilməsidir", - erməni nazir əlavə edib.

İLTİFAT