Koronavirus laboratoriyada yaradılıb - İddia

 21:25 01.07.2022     309

"Koronavirus laboratoriyada yaradılıb".

Redaktor.az “The Epoch Times” qəzetinə istinadən xəbər verir ki, bu etirafı Kolumbiya Universitetinin professoru, “The Lancet” tibb jurnalının koronavirusla mübarizə komissiyasının sədri Cefri Saks İspaniyada keçirilən konfransda deyib.

Saks həmçinin iddia edib ki, virusu yaratmaq üçün Amerika biotexnologiyasından istifadə edilib.

Onun bu iddiasından sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Qebreyesus da "koronavirusun çox güman ki, Çinin Uhan şəhətrində laboratoriyanda yaradıldığını etiraf edib.

Qeyd edək ki,  ABŞ kəşfiyyatı daha əvvəl prezident Co Baydenə koronavirusun mənşəyi ilə bağlı hesabatından məxfilikdən çıxarılmış materialları dərc edib. Sənədlər göstərir ki, Çin hakimiyyət orqanlarının epidemiyadan əvvəl Covid-19 haqqında heç bir məlumatı olmayıb.

İLTİFAT