ABŞ nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək - General Milli

 21:45 01.07.2022     406

Amerika Birləşmiş Ştatları Ukraynaya nə qədər vaxt lazımdırsa, onu dəstəkləyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli ilə bugünkü telefon danışığında bildirilib.

Zalujnı Facebook-da bildirib ki, söhbət zamanı Ukrayna Müdafiə Qüvvələrinin strateji vəzifələrinin icrası müzakirə olunub, bunlardan başlıcası Ukrayna torpaqlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində azad edilməsidir.

"Müdafiə və əks-hücum əməliyyatlarımızın uğurunun vacib şərti müvafiq maddi-texniki resursların təmin edilməsidir. Biz göstərilən köməyə görə minnətdarıq və tərəfdaşlarımızdan gələcək yardımı səbirsizliklə gözləyirik",- deyə ordu komandanı bildirib.

Zalujnı onu da qeyd edib ki, Milley ABŞ prezidenti Co Bayden və müdafiə naziri Lloyd Ostinin "ABŞ lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək” vədlərini çatdırıb.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən