Özbəkistanda kütləvi etirazlar başladı - VİDEO

 22:27 01.07.2022     483

Özbəkistanda kütləvi etirazlar başlayıb. Etirazlara səbəb konstitusiyaya mümkün düzəlişlər olub.

Redaktor.az xəbər verir ki, Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında ölkə konstitusiyasına dəyişiklik edilməsi planlarına qarşı kütləvi etirazlar baş qaldırıb.

Yeni düzəlişlər Muxtar Respubıika sakinlərini Özbəkistanın tərkibindən ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edə bilər.

Qaraqalpaqıstan Özbəkistanın ən böyük bölgəsidir və ölkə ərazisinin təxminən 40%-ni əhatə edir.