Boris Conson Odessanın fəxri vətəndaşı oldu

 09:17 02.07.2022     311

"Böyük Britaniyanın Baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub”.

Redaktor.az “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Odessa meri Qennadi Truxanov məlumat verib.  

“Biz Böyük Britaniyanın, eləcə də onun Baş nazirinin köməyini çox yüksək qiymətləndiririk. Ona görə də mən Boris Consonun Qriqori Marazlı adına I, II, III dərəcəli “Şərəf nişanı” ilə təltif edilməsi haqqında sərəncam imzaladım”, - deyə mer bildirib.

Truxanov qeyd edib ki, Böyük Britaniya Ukraynanın əsas müttəfiqi və dostudur.

T.İSMAYIL