Ukraynada Rusiyanın daha 120 hərbçisi MƏHV EDİLDİ

 10:13 02.07.2022     448

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 35 870 (+120) canlı qüvvəsi, 1 582 (+5) tankı, 3 737 (+1) zirehli döyüş maşını, 800 (+4) artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 (+1) havadan müdafiə sistemi, 217 hərbi təyyarəsi, 186 helikopteri (+1), 653 dronu (+8), 144 (+1) qanadlı raketi, 15 gəmi/kateri (+1), 2614 (+4) avtomobil texnikası və yanacaq çəni və 61 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.

T.İSMAYIL

2