Neft bahalaşdı

 10:42 02.07.2022     139

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Redaktor.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,60 dollar artaraq 111,63 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,67 dollar bahalaşaraq 108,43 dollar olub.